Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqqasə Renka: ''Uşaqlarıma deyirəm ki, evə yeni “papa” gətirəcəm''

Rəqqasə Renka: ''Uşaqlarıma deyirəm ki, evə yeni “papa” gətirəcəm''

Tarix: 3 Yanvar 2020 11:50

Sonxeber.net oriental rəqslərin ifaçısı, rəqqasə Rəna Ağamuradovanın (Renka) oxu.az-a müsahibəsini təqdim edir:

- Boxçanızda gizlətdiyiniz yeni layihənizi tamaşaçılar nə zaman görəcək?

- Çox maraqlı bir klip gəlir. Bir az açıq-saçıq olacaq. İndiyə kimi kliplərimdə o qədər də açıq-saçıqlığa yol verməmişəm. Klipi Bakıda çəkməyəcəyik. Qeyri-adi bir məkanda lentə alacağıq.

- Rusiyanın nəhəng ulduzlarının çəkildiyi "Jara" filmində epizodik rolda çıxış etdiniz. Həmin səhnəcik çox müzakirələrə səbəb oldu. O obraz da açıq-saçıq oldu. Rəna bu qədər açıq-saçıqlığa niyə can atır?

- Kənardan çox ehtiraslı görünürəm. Adi həyatda isə çox sadəyəm, maraqlı da deyiləm. Aktrisa kimi işləsəm, mənə sırf açıq-saçıq rollar verərlər. Rola girdimsə, dərhal üz ifadəm dəyişir, oluram çox seksual bir xanım. Mənə deyirlər ki, "siz çox ehtiraslı qadınsınız". Cavab olaraq deyirəm ki, "Sizin məndən xəbəriniz yoxdur. Bütün günü yorğun, bitkin bir vəziyyətdəyəm".

Filmlə bağlı kastinq keçirildi. Mən də yenicə "sinə əməliyyatı"ndan çıxmışdım. Daxil oldum kastinqə, üstündə "çupa-çups" sözü yazılan qısa "top" geyinmişdim. İçəri girən kimi, mənə dərhal dedilər ki, "Qəşəng çupa-çupslardır, götürürük". Çəkiliş o qədər peşəkar səviyyədə keçdi ki, böyük həzz aldım.

- Keçirdiyiniz "mamoplastika", yəni sinə böyütmə əməliyyatı izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Onlar sizi tənqid etdilər.

- Lazım oldu ki, elədim də, mənim işim budur. Mənim rəqs kostyumlarımı görmürsünüz? Deyim ki, sinəmi böyüdəndən sonra kənardan bu abartılı və ya vulqar görünür, xeyr. Bu əsla belə deyil. Normal görünür. Burnumu əməliyyat etdirəndə heç kimin xəbəri belə olmadı. Standart bir şey olmadı.

- Hələ də bizim cəmiyyət "oriental" rəqqasələrin işinə dırnaqarası baxır və onları birmənalı qəbul etmirlər. Çox zaman isə sosial şəbəkə istifadəçiləri tənqidləri təhqirlərlə əvəz edirlər. Bütün bunlara Rəna necə sinə gərir?

- Oynadığım oriental rəqsi hər zaman və hər yerdə qınanılır. Oriental qəlizdir. Ən böyük arzum bir ilə səhifəmi bağlamaq, heç bir sosial şəbəkədən istifadə etməməkdir. Düzdür, anlayıram ki, bunu edə bilməyəcəm. Çünki bu işlə pul qazanıram. Hələ tezdir bu işdən getmək. Amma yorulmuşam söz-söhbətlərdən, ardı-arası kəsilməyən telefon zənglərindən.

İstəyirəm kənd yeri olsun, gedib orada heç olmasa bir ay dincəlim. Başqa bir baş və fikirlərlə yenidən qayıdım. Amma hələlik bütün bunlara dözürəm. Əvvəllər heç olmasa ağlayırdım, indi ağlaya da bilmirəm. Depressiya mənim hər zaman içimdədir. Heç kim mənim göz yaşlarımı silmir. Çünki heç kimin önündə ağlamıram. Gedirəm evə, ağlamalı hind filmini izləyib, gəşəng ağlayıb, sonra da özümə gəlirəm (gülür).


Etiketlər:  Rəqqasə Renka Uşaqlarıma deyirəm evə yeni papa gətirəcəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ