Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan öz vətəndaşlarına çağırış - İraqı dərhal tərk edin

ABŞ-dan öz vətəndaşlarına çağırış - İraqı dərhal tərk edin

Tarix: 3 Yanvar 2020 13:12

Bakı. Trend:

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını artan gərginliklə əlaqədar İraqı dərhal tərk etməyə çağırıb.

Trend-in məlumatına görə, bu müraciət Dövlət Departamentinin “Twitter” səhifəsində yer alıb.

Müraciətdə qeyd olunub ki, ABŞ vətəndaşları İraqı təyyarə ilə tərk etməli, bu mümkün deyilsə, quru yolla digər ölkələrə keçməlidir.

Qeyd edək ki, bu çağırış İraqda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra edilib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  ABŞ vətəndaşlarına çağırış İraqı dərhal tərk edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ