Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XXI əsrin Merilin Monrosu: Azərbaycanlı model məşhur aktrisaya çox oxşayır - FOTO

XXI əsrin Merilin Monrosu: Azərbaycanlı model məşhur aktrisaya çox oxşayır - FOTO

Tarix: 3 Yanvar 2020 16:30

Azərbaycanlı model Kristina Zamir dünya şöhrətli amerikalı aktrisa, 50-ci illərin seks simvolu Merilin Monroya oxşamaq üçün öz imicini dəyişib.

Sonxeber.net bildirir ki, bunu Sputnik Azərbaycan-a model özü bildirib.

Zamir bir çox məşhur müasir və tarixi şəxsiyyətlərin maskalarını öz üzərində sınayıb. Bu dəfə isə o, çoxdankı arzusunu həyata keçirərək Merilin Monronun obrazını sınaqdan keçirib.

"Həmişə qeyri-adi gözəl olan Merilin Monronun obrazını öz üzərimdə yoxlamağı arzulamışam. Mən 16 yaşımdan model sənayesindəyəm, amma yalnız bu gün nəhayət ki, onun kimi saç düzümü etmişəm. Beləcə, XXI əsrin Monrosu olmuşam. Düşünürəm ki, ona çox oxşayıram", - deyə Zamir bildirib.

Sosial şəbəkə istifadəçiləri də modelin Merilin Monroya həqiqətən də çox bənzədiyini deyiblər və ona bu imicini dəyişməməyi tövsiyə ediblər.


Etiketlər:  əsrin Merilin Monrosu Azərbaycanlı model məşhur aktrisaya çox oxşayır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ