Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Disney" 2019-cu ilin kassa rekordunu vurdu

Tarix: 4 Yanvar 2020 09:50

2019-cu ilin sonuna olan göstəricilərə əsasən, "Disney" studiyası yeni rekord vuraraq dünya üzrə kassa mədaxilinə görə 11.1 milyard dollar qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Disney" və "Fox"un ümumilikdə kassa gəlirləri 13,1 milyard dollar təşkil edib - 4,3 milyardı ölkə daxilində və 8,8 milyardı xarici ölkələrdə.

Ekspertlər belə yüksək göstəricilərin yaxın zamanlarda təkrar olunmayacağını hesab edirlər. Belə uğur, əsasən, "Qisasçılar: Final", "Kapitan Marvel", "Oyuncaqların məcarələri 4", "Şahzadə Aslan", "Ələddin" və "Soyuq ürək 2" - hər birisi 1 milyard dollardan çox gəlir gətirən altı filmin sayəsində olub.

"Disney" kino sənayesi tarixində ilk dəfə belə nəticələr əldə edib. Əvvəlki rekord eyni studiya tərəfindən 2016-cı ildə qoyulmuşdu (7.6 milyard dollar).


Etiketlər:  Disney 2019 cu ilin kassa rekordunu vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ