Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq bəyanat yaydı: ABŞ-la bağlı tarixi qərar...

İraq bəyanat yaydı: ABŞ-la bağlı tarixi qərar...

Tarix: 4 Yanvar 2020 16:26

İraq ABŞ-ın ölkədəki hərbi mövcudluğuna son qoymaqla bağlı qərar qəbul edə bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İraq Təhlükəsizlik Şurası keçirilən iclasdan sonra bəyanat yayıb.

Şura yaydığı bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds komandanı Qasım Süleymaninin və digər şəxslərin öldürülməsinin İraqın suverenliyinə təhdid olduğunu bildirib.

Bəyanatda həmçinin sabah parlamentin fövqəladə iclas keçirəcəyi və ABŞ-ın İraqdakı varlığına son qoymaqla bağlı qərar alınmasının gündəmdə olduğu qeyd edilib.


Etiketlər:  İraq bəyanat yaydı ABŞ bağlı tarixi qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ