Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruhani: ''Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər''

Ruhani: ''Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər''

Tarix: 4 Yanvar 2020 16:56

İran Prezidenti Həsən Ruhani, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlılarının komandanı Qasım Süleymanini öldürməklə ağır bir cinayət törətdiyini bildirib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İran hökumətinin rəhbəri vurğulayıb ki, Tehran Vaşinqtonun İslam Respublikasına qarşı qanunsuzluq tarixində ən ağır cinayətlərdən birini unutmayacaq.

"Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər. Onlar bu cinayətin nəticələri ilə tək bu gün yox, sonrakı illərdə də üzləşəcəklər", - H.Ruhani vurğulayıb.


Etiketlər:  Ruhani Amerikalılar qədər böyük səhv etdiklərini başa düşmədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ