Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 17:04
Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni bölməsinə başlayıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançı CNN telekanalına müsahibəsində deyib.
İranlı diplomat xatırladıb ki, ABŞ hələ 2018-ci ildən iqtisadi sahədə birtərəfli qaydada Tehranla döyüşərək, İran xalqına güclü təzyiq göstərir.
"Şübhəsiz, İran buna göz yummayacaq. Qisas olacaq, İran lazım bildiyi qaydada cavab verəcək. Bu cür cavabın (qisasın - red.) vaxt və yerini İran müəyyənləşdirəcək", - deyə Taht-Ravançi qeyd edib.