Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lüks avtomobillər və əyləncəyə milyonlar xərcləyən nazir kürəkəninin məhkəməsi olub

Lüks avtomobillər və əyləncəyə milyonlar xərcləyən nazir kürəkəninin məhkəməsi olub

Tarix: 14 May 2019 12:45

Bakı. Elnur Bağışov - Trend:

İranın əmək, kooperasiya və sosial rifah naziri Məhəmməd Şəriətmədarinin kürəkəni Məhəmməd Hadi Rəzəvi 1,07 trilyon rial (rəsmi məzənnə ilə 25,5 milyon dollar, qara bazar məzənnəsi 7,26 milyon dollar) əyləncəyə xərcləyib.

Trend-in məlumatına görə, bunu Tehran prokurorunun nümayəndəsi Rəsul Qəhrəmani İranın əmək, kooperasiya və sosial rifah nazirinin kürəkəni və 30 müttəhimin məhkəmə iclasında deyib.

R.Qəhrəmaninin sözlərinə görə, müttəhim Məhəmməd Hadi Rəzəvi Sərmayə bankının müdirlərinə rüşvət verərək, bu bankdan 2012-2015-ci illər arasında 107,5 milyard rial vəsait çıxarıb.

Prokurorluq nümayəndəsi əlavə edib ki, müttəhim həmin pulu əyləncəyə, xarici səfərlərə, lüks avtomobillərə və daşınmaz əmlakları satın almağa xərcləyib.

Məhəmməd Hadi Rəzəvi ona qarşı səsləndirilən ittihamları rədd edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Lüks avtomobillər əyləncəyə milyonlar xərcləyən nazir kürəkəninin məhkəməsi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ