Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 18:52
Bu gün İraq Baş naziri Adil Abdul Mehdi parlamentdə çıxış edib.
Sonxeber.net bildirir ki, APA-nın "Əl-Ərəbiyə" telekanalına istinadən verdiyi məlumata görə, A. A. Mehdi ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı həyata keçiriləcək əməliyyat barədə İraq hökumətini məlumatlandırdığını açıqlayıb.
Baş Nazir deyib ki, ABŞ əməliyyatdan bir neçə dəqiqə əvvəl bu barədə İraq hökumətini məlumatlandırıb: "İraq hökuməti ABŞ-ın bu qərarına qarşı çıxdı".
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.