Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vidalla bağlı qərar verildi

Vidalla bağlı qərar verildi

Tarix: 6 Yanvar 2020 17:34

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalın komandadakı taleyinə aydınlıq gəlib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu  çilili yarımmüdafiəçinin ən azı mövsümün sonuna qədər komandada qalmağına qərar verib.

Maliyyə şərtlərində klub rəhbərliyi ilə danışıqları alınmayan futbolçunun qış fasiləsində komandadan ayrılacağı gözlənilsə də, tərəflərin artıq razılığıa gəldiyi məlum olub.

Qeyd edək ki, Arturo Vidalın "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.
 


Etiketlər:  Vidalla bağlı qərar verildi


RƏYLƏR