Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad - SİYAHI

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad - SİYAHI

Tarix: 6 Yanvar 2020 17:34

Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.

Sonxeber.net bildirir ki, Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub. Keçən il 2468 qıza Zəhra adı verilib.

Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.

2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.

Keçən il oğlan uşaqlarına ən çox qoyulan 10 ad Yusifdən sonra Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) olub.


Etiketlər:  Ötən Azərbaycanda uşaqlara çox qoyulan SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ