Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 03:52
Bakı. Trend:
Avstraliyadakı bir sıra meşə yanğınlarından yaranan tüstü Cənubi Amerika sahillərinə çatdı və Çilinin əksər mərkəzi və cənubu üzərindən səmaları örtdü.
Trend-in məlumatına görə, Çilinin "MeteoChile" Meteoroloji Xidməti bildirilib.
Avstraliyada milyonlarla hektar ərazi artıq yanmışdır, son aylarda yanğın 17 nəfərin ölümünə səbəb oldu, minlərlə evlər məhv olunub, bəzi məlumatlara görə, 8 min koala və yüz minlərlə digər heyvan öldü.
Avstraliyanın cənub-şərq sahillərində yanğınlar səbəbiylə geniş miqyaslı evakuasiya davam edir.
Çilinin meteoroloji ximdəti bildirib ki, hava axını ilə tüstü Çili və Argentinanaya qədər çatıb.
Dumanı Çilinin demək olar ki, bütün cənub və mərkəzi şəhərlərində görmək olar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!