Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 08:16
Yaponiyada mühakimə edilən "Renault"-"Nissan"-"Mitsubishi" şirkətlər alyansının keçmiş prezidenti Karlos Qon ölkədən qaçıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, K.Qon vəzifəsindən sui-istifadədə təqsirli bilinərək ev həbsində tutulduğu Yaponiyadan Livanın paytaxtı Beyruta gəlib.
"Mən Livandayam. Artıq Yaponiya mühakiməsinin girovu deyiləm. Mən ədalətdən qaçmadım, özümü zülm və siyasi təzyiqlərdən qurtardım", - deyə avtomobil şirkətinin sabiq prezidenti bildirib.
Qeyd olunub ki, Livan əsilli iş adamı K.Qon paytaxt Beyrutda ailəsilə birlikdədir.