Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nokia” əfsanəvi telefonunu yenidən satışa çıxarır

“Nokia” əfsanəvi telefonunu yenidən satışa çıxarır

Tarix: 7 Yanvar 2020 14:33

“HMD Global” şirkəti “Nokia” telefonlarının klassik modellərindən birini yenidən satışa çıxarır. Sözügedən model ayın sonunda təqdim edilməlidir. Bu haqda şirkətin top menecerinin nəşrinə istinadən “GSMArena” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “HMD Global” şirkətinin məhsullar üzrə direktoru Yuho Sarvikas yazıb ki, şirkət “Nokia”nın növbəti telefonunu yenidən satışa çıxarmağı planlaşdırır və məlumata görə, bu, yanvarın 25-də olacaq. Həmçinin bildirilib ki, telefon “Nokia”nın klassik xəttinə məxsus olacaq.

 

“HMD Global” şirkəti tərəfindən yenidən satışa çıxarılmış ilk telefon 2017-ci ilin fevralında təqdim edilmiş “Nokia 3310” aparatı olub. Telefon 320x240 piksel təsvir ölçülü displey və 2 meqapiksellik kamera ilə təchiz edilib. Qurğu “microSD” yaddaş kartını dəstəkləyir. Daha sonra şirkət modeli yeniləyərək “4G”, “Wi-Fi” dəstəyi əlavə edib və giriş nöqtəsi kimi işləmək imkanı əlçatan olub.

 

Emil Hüseynov




Etiketlər:  Nokia əfsanəvi telefonunu yenidən satışa çıxarır


RƏYLƏR