Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 15:08
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi Tehranın nüvə silahına sahibi olmaq niyyətində olmadığını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Təxt-Rəvançi ölkənin ali dini lideri ayətullah Əli Xameneinin nüvə silahına sahib olmağı qadağan edən "açıq və müqəddəs əmri"nin olduğunu bildirib.
Təxt-Rəvançi, həmçinin ölkənin müdafiə doktrinasında bu cür silaha yer olmadığını da qeyd edib.
"Biz nüvə silahına sahib olmaq arzusunda deyilik", - diplomat qeyd edib.