Tarix: 7 Yanvar 2020 17:38
“Çelsi” sabiq baş məçqisi Antonio Konteyə 30 milyon avro təzminat ödəyib.Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” bu məbləği italiyalı mütəxəssisə məşqçilər heyətinə ödənişlərə və hüquqi xərclərə görə verib.
Bundan əlavə Premyer Liqa klubunun 2004-cü ildən bəri- 16 il ərzində məşqçilərə 100 milyon avrodan çox təzminat ödədiyi bildirilib.
Qeyd edək ki, A.Konte 2016-2018-ci illərdə London təmsilçisini çalışdırıb. O, müqaviləsinin vaxtı bitməzdən əvvəl qarşılıqlı razılaşma olmadan istefaya göndərilib.