Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onun qışda satılacağına inanmıram” - Mourinyo

“Onun qışda satılacağına inanmıram” - Mourinyo

Tarix: 7 Yanvar 2020 20:12

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandadakı gələcəyi müzakirə olunan Kristian Eriksenlə bağlı açıqlama verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı bunları deyib:

"Açığı, onun qış fasiləsində satılacağına inanmıram. Vəziyyət məlumdur, Eriksen artıq istədiyi klubla danışıqlar apara və mövsümün sonunda ora transfer oluna bilər. Bu, ilk ehtimaldır.

Digər seçim həm futbolçunun, həm də hansısa klubun yanvar ayında razılıq əldə etmək istəməsidir. Bu halda hər şey klubumuzdan asılı olacaq. Son ehtimal isə onun komandada qalmasıdır. Hazırda Eriksen burdadır və bizim futbolçumuzdur".

Danimarkalı futbolçu ilə "Real", "İnter", "Yuventus" və "Mançester Yunayted"in maraqlandığı deyilir.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Onun qışda satılacağına inanmıram Mourinyo


RƏYLƏR