Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMD prosessorlar Zen 3 arxitekturası ilə 17% daha güclü olacaq

AMD prosessorlar Zen 3 arxitekturası ilə 17% daha güclü olacaq

Tarix: 7 Yanvar 2020 22:44

AMD şirkəti Zen arxitekturasına keçdikdən sonra prosessorlarında performans artımı ciddi dərəcələrdə oldu. Bunun nəticəsində həm İntel şirkətinə əsl rəqib oldu, həm də ekosistemdə tutduğu pay artdı. Son çıxan məlumatlara görə yeni Zen 3 arxitekturası ilə hal-hazırda istifadə edilən Zen 2 arasında ciddi fərqlər olacaq.

Zen 3 arxitekturasında hazırlanan prosessorlar Zen 2-ə nəzərən minimum 17% daha güclü olacaqlar.
illi.Az technote.az-a istinadən bildirir ki, Zen 3 üzərində hazırlanan server prosessorlarında 100-200 Mhz aralığında tezlik artımı olacaq. İstifadəçilər üçün hazırlanan prosessorlarda isə tezlik artımı daha çox olacaq. Qeyd edək ki, bu arxitekturada olan prosessorlar 7 Nm-lik EUV üsulu ilə hazırlanacağı üçün daha az güc istifadə edərək daha çox performans verə biləcəklər. AMD-nin əzəli rəqibi İntel-ə baxanda isə şirkət hələ də 14 Nm prosessorlar ilə yola davam edəcəyi üçün Ryzen 4000 seriyası prosessorlar qarşısında çox çətin günlər yaşayacaq.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  prosessorlar arxitekturası ilə daha güclü olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ