Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 04:30
Ötən il Böyük Britaniyada avtomobil satışları Brexit prosesindəki qeyri-müəyyənliyinə görə son altı ildəki ən aşağı səviyyəyə düşüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə Britaniyada satılan yeni avtomobillərin sayı 2013-cü ildən bu yana ən aşağı səviyyəyə düşüb.
İstehlakçıların dizel nəqliyyat vasitələrinə qoyduğu məhdudiyyətlər və Brexitə görə davam edən iqtisadi qeyri-müəyyənlik satışların aşağı düşməsinə səbəb olub. Britaniya yeni nəqliyyat vasitələri üçün Avropanın ikinci ən böyük bazarıdır.
Avtomobil istehsalçıları və ticarətçiləri cəmiyyətinin müvəqqəti məlumatlarına görə, yeni avtomobil qeydiyyatı 2019-cu ildə 2 faiz azalaraq 2,31 milyon olub. Bu 2016-cı ilin göstəricilərinə bərabərdir.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet