Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beqoviçin qayıdacağı xəbərinə ''Qarabağ'' rəhbərliyindən münasibət

Beqoviçin qayıdacağı xəbərinə ''Qarabağ'' rəhbərliyindən münasibət

Tarix: 8 Yanvar 2020 20:08

Bu gün Britaniya mətbuatında müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviçin karyerasını  "Qarabağ"da davam etdirə biləcəyinə dair xəbərlər yayılıb.

Ağdam klubunun direktoru Əmrah Çelikel məsələyə münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, qol.az-a açıqlamasında bosniyalı qapıçının transfer qiymətinin Ağdam təmsilçisinə uyğun olmadığını deyib: "Beqoviçə görə klubla arasında rəsmi danışıqlar dayandırılıb. Onun qiyməti bizim transfer üçün ayırdığımız büdcənin  üstündədir".

Xatırladaq ki, 32 yaşlı qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb

Milli.Az


Etiketlər:  Beqoviçin qayıdacağı xəbərinə Qarabağ rəhbərliyindən münasibət


RƏYLƏR