Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 07:32
"HMD Global" şirkəti "Nokia" telefonlarının klassik modellərindən birini yenidən satışa çıxarır. Sözügedən model ayın sonunda təqdim edilməlidir. Bu haqda şirkətin top menecerinin nəşrinə istinadən "GSMArena" nəşri yazıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "HMD Global" şirkətinin məhsullar üzrə direktoru Yuho Sarvikas yazıb ki, şirkət "Nokia"nın növbəti telefonunu yenidən satışa çıxarmağı planlaşdırır və məlumata görə, bu, yanvarın 25-də olacaq. Həmçinin bildirilib ki, telefon "Nokia"nın klassik xəttinə məxsus olacaq.
"HMD Global" şirkəti tərəfindən yenidən satışa çıxarılmış ilk telefon 2017-ci ilin fevralında təqdim edilmiş "Nokia 3310" aparatı olub. Telefon 320x240 piksel təsvir ölçülü displey və 2 meqapiksellik kamera ilə təchiz edilib. Qurğu "microSD" yaddaş kartını dəstəkləyir. Daha sonra şirkət modeli yeniləyərək "4G", "Wi-Fi" dəstəyi əlavə edib və giriş nöqtəsi kimi işləmək imkanı əlçatan olub.