Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 16:30
"Sumqayıt" artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək. "Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Komanda təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək.
"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunundə qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.