Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 əlili öldürən QATİLdən şok açıqlama

19 əlili öldürən QATİLdən şok açıqlama

Tarix: 10 Yanvar 2020 05:30

Yaponiyanın Saqamihara şəhərində yerləşən əlillər evində qətliam törədən 29 yaşlı Satosi Uematsunun vəkilləri onun dəli olduğunu sübut etməyə çalışırlar.

Sonxeber.net xəbər verir ki, Uematsu 19 nəfər əlili öldürüb, 20-dən çoxsunu isə yaralayıb.

TASS agentliyi xəbər verir ki, bu internat məktəbində əqli qüsurlu insanlar yaşayır.

Uematsu özü əməlini etiraf edib və üzr istəyib. Maraqlıdır ki, qatil açılış nitqindən sonra qəfildən psixoloji kriz keçirib.

O, qətliamı 2016-cı ilin iyul ayında törədib. Uematsu özü, internat məktəbinin keçmiş işçisidir.

Hərəkətlərini izah edən təcavüzkar, əqli qüsurlu xəstələri insan olaraq qəbul etmədiyini söyləyib. Onun bu sözləri məhkəmə salonuna toplaşanlar arasında hiddətə səbəb olub.

Uematsunun narkotik tərkibli dərmanlar istifadə etdiyi də məlum olub. (ölkə.az)


Etiketlər:  əlili öldürən QATİLdən şok açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ