Tarix: 10 Yanvar 2020 11:00
AFFA daha bir əcnəbi futbolçunu Azərbaycan yığmasına dəvət edib.Qol.az Türkiyə mətbuatın istinadən xəbər verir ki, bu, 18 yaşlı Muhammet Mustafadır. Superliqa təmsilçisi "Alanyaspor"un U-19 komandasında çıxış edən türkiyəli hücumçu həmin yaş qrupu üzrə yığmamızın növbəti təlim-məşq toplanışına çağırılıb.
O, yanvarın 18-dən 28-dək Antalyada keçiriləcək toplanışda iştirak edəcək.