Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 20:18
İsveç Nəqliyyat Agentliyi təhlükəsizlik səbəbindən "İran Air" şirkətinə İsveçlə İran arasında birbaşa uçuşlar aparmasına icazə verilməsini dayandırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun saytında yazılıb:
"2020-ci il yanvarın 8-də Tehran aeroportunda ciddi insident baş verib. Vəziyyət ətrafında qeyri-müəyyənlik və təhlükəsizlik səbəbindən Nəqliyyat Agentliyi "İran Air" aviaşirkətinin uçuşlarına icazəni dayandırır. Bu o deməkdir ki, İran və İsveç arasında birbaşa uçuşlar müvəqqəti ləğv edilir".