Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 09:14
Bakı. Elnur Bağışov - Trend:
İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında 8 yanvarda qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub.
Trend-in məlumatına görə, bu haqda İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir.
Bәyanatda qeyd edilir ki, İranın İraqda ABŞ hәrbi bazasına hücum vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın havadan müdafiә sistemi İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib.
Bәyanatda o da vurğulanır ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı insan xәtasına görә baş verәn hadisә ilә әlaqәdar İran xalqı və vətəndaşları həlak olan ölkələrin xalqından üzr istәyir vә müdafiə sistemində aparılan islahatlar bir daha belә hadisәnin baş vermәsini qeyri-mümkün edib.
İranın adıçәkilәn orqanı әsas sәbәbkarın Silahlı Qüvvәlәrin Baş Qәrargahının әdliyyә orqanına elan olunmasını vә qanuni çәrçivәdә addımın atılacağını elan edib.
Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.
Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin