Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 09:20
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.
Trend-in məlumatına görə, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.
Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb.
Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin