Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 09:44
Boliviyanın hüquq-mühafizə orqanları Belçikaya göndərilməsi nəzərdə tutulan 1,5 ton kokain müsadirə ediblər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arturo Murilyo bildirib.
A.Murilyo deyib: "Biz 1,5 ton narkotik müsadirə etmişik, bu çox əhəmiyyətli, demək olar ki, tarixi hadisədir".
Nazir qeyd edib ki, müsadirə edilmiş kokainin ümumi dəyəri 64,5 milyon dollardır. La-Pasda keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.