Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 17:46
"Barselona" hücumçusu Luis Suaresi uzun müddətə itirə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, buna səbəb Uruqvay millisinin üzvünün zədədən əziyyət çəkməsidir.
Bİr neçə həftədi dizində narahatlıq hiss edən 32 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək. Onun əməliyyat olunmaq ehtimalı da istisna edilmir. Belə olarsa, Suares ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Luis Suarez 2014-cü ildən "Barselona"da çıxış edir.