Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuq havaların səbəb olduğu üz İflici - Əlamətləri və necə qorunmalı?

Soyuq havaların səbəb olduğu üz İflici - Əlamətləri və necə qorunmalı?

Tarix: 11 Yanvar 2020 21:06

Soyuq və yağmurlu havaların başlaması ilə birlikdə bir çox xəstəliklər baş qaldırır. Belə havalar qrip kimi müalicə edilə bilən viruslardan başqa, ciddi xəstəliklərdən sayılan üz iflicinə də səbəb ola bilir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, üzün hər iki tərəfində əzələlərin hərəkətini təmin edən iki sinir var.Müxtəlif səbəblərdən bu sinirlər zədələnə bilər. Bu zaman onların idarəsi də zədələnmiş olur.Bu səbəblərdən biri isə soyuq havalardır.
Üz iflici qulağın arxasındakı sümüyün içindən keçən üz sinirinin ödəm yaxud infeksiya olması nəticəsində yaranır. Bu xəstəlik üçün yaş məhdudiyyəti yoxdur.Hər yaşz xas səbəblərdən üzə çıxa bilir.

Əlamətləri:

-Üzü hərəkət etdirməkdə çətinlik

-Tüpürcəyə nəzarət edə bilməmə

-Ağzın bir tərəfini çəkmək

-Ağız dadının dəyişməsi

-Gözü bağlaya bilməmək

-Ağızın kənarlarını tərpədə bilməmək

-Qulaq arxasında yaranan ağrı

Üz iflici zamanı vaxtında aşkarlanmış dioqnoz müalicə prosesinə ciddi təkan verir. Xəstəliyin sağalma müddəti onun ağırlıq dərəcəsinə görə dəyişkəndir. İlkin mərhələdə kortizon müalicəsi tətbiq edilir. Bu yolla 2-3 həftəyə xəstə sağalmış olur. Daha ağır ifliclər zamanı isə nevroloji analizlər edilir. Bunlardan başqa, digər formadakı üz iflici öz-özlüyündən keçib gedir.

Qış aylarında üz iflicindən necə qorunmaq lazımdır?

-Souuq və küləkli havalarda qulaqlar və üz yaxşı qorunmalı

-Saçlar yaş halda bayıra çıxmaq olmaz

-Qəfildən dəyişən temperatura diqqət etmək. Çox isti bir yerdən şiddətli soyuq olan yerə keçdikdə iflic riski artır

-İmmunitet sistemini gücləndirən qidalar yeyib xəstəlik riskini minimuma endirin. Çünki qış xəstəlikləri üz iflicinə qarşı həssaslığı artırır.

-Külək üzünüzə vurmasın deyə pəncərələr açıq maşın sürməkdən çəkinin.


Etiketlər:  Soyuq havaların səbəb olduğu İflici Əlamətləri necə qorunmalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ