Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spirtlə işləyən dron

Spirtlə işləyən dron

Tarix: 11 Yanvar 2020 22:08

Çinli alimlər "FY-36" eksperimental pilotsuz aparatı sınaqdan keçirib. Metanol yanacağı ilə işləyən sistem, havada təxminən 12 saat qala bilib. Dron, "Feye UAV Technology" şirkətinin Dalian Kimya-Fizika İnstitutu və Çin Elmlər Akademiyasının istehsalçıları tərəfindən hazırlanıb.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, 15 kiloqram ağırlığında, metanol yanacağı ilə işləyən dörd pərli aparaq, 90 km/saat qədər sürət yığa bilir.

Mütəxəssislərin fikrincə, metanol batareyası litium-ion batareyasından 70 dəfə çox enerji buraxa bilər. Mütəxəssislər, spirtin adi bir batareyadan daha mürəkkəb bir enerji qaynağı olduğunu söyləyir. Məsələn, aşağı temperaturda kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsi yavaşlayır. Mütəxəssislər, 12 saatlıq uçuşa, yalnız onlarla uğursuz sınaqlardan sonra nail ola biliblər. "FY-36" sistemin hazırlanmasına rəhbərlik edən Çjan Venyu, yeni yanacaq mənbəyinin pilotsuz uçuş seqmentindəki mövcud vəziyyəti dəyişdirəcəyini qeyd edib. Alimlərin fikrincə, spirtlə işləyən pilotsuz təyyarə, axtarış-xilasetmə işlərində, hava fotoqrafiyası üçün, elmi və hərbi məqsədlər üçün istifadə edilə bilər.


Etiketlər:  Spirtlə işləyən dron


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ