Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 22:24
Bakı. Trend:
Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyalarında iştirak edənlər arasında tutulanların sayı 19 nəfərə çatıb.
Trend-in məlumatına görə, daha əvvəl saxlanılanların sayının 7 olduğu bildirilirdi.
14:00-da başlayan ümayiş, üzlərini maskalar altında gizlətmiş qara paltarlı bir qrup gəncin aksiyaya qoşulduğuna qədər dinc keçib. Maskalılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, şüşə atmağa başlayıb. Hüquq-mühafizə orqanları öz növbəsində gözyaşardıcı qazdan istifadə ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin