Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 22:45
Soyuqlamısınızsa, xüsusən gecə və ya duşdan sonra dəriniz qaşınırsa, saçınız tökülməyə başlayırsa, nə edirsiniz? Doğrudur! Kompüterin qarşısına keçirsiniz və "Google" ya da başqa bir axtarış sistemindən istifadə edərək dəhşətli diaqnozunuzu axtarırsınız. Siz "dəri", "soyuqdəymə" və ya başqa bir açar söz yazırsınız, sonra da ekzema və ya sızanaqların xoşagəlməz şəkilləri ilə qarşılaşırsız. İnformasiyanın çoxluğu isə sizi təbii olaraq çaşdırır. Sağlamlığınızı internetə etibar etmək düzgündürmü?
Sağlamlıq mövzusunda dünya şəbəkəsinin faydaları yalnız yeganə halda - İnternet vasitəsilə həkimlə görüş təyin etməkdə aktualdır. Yalnız tam müayinə və həkimlə məsləhətləşmə fiziki vəziyyətinizi aydınlaşdıra və təqib olunan müalicə planını hazırlaya bilər.
Çox güman ki, hansısa forumda "bacımda da eyni şey var idi, 3 gündən sonra qolunu kəsdilər" kimi ifadələrə rast gələcəksiniz. Əlbəttə ki, bu cür ifadələrə etibar edilməməlidir. Digər tərəfdən, "İnternetdəki məsləhətlər sizi daha pis hala sala bilər" fikri də cəfəngiyyatdır! Çünki şəbəkədə praktik tibb mütəxəssislərinin məsləhət verdikləri klinika saytları daxil olmaqla bir çox faydalı səhifələr də var.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, digər tərəfdən növbə gözləyirsən, qeydiyyatdan keçdikdən sonra həkimə müraciət edirsən. Bütün bunlardan sonra həkimin ən bahalı deyil, ən yaxşı dərmanı məsləhət görəcəyinə zəmanət varmı?
Statistikalar göstərir ki, 10 İnternet istifadəçisindən 6-sı şəbəkədə sağlamlıq haqqında məlumat axtarır. Üstəlik, onların 90%-i axtarış nəticələrindən razıdır. Belə istifadəçilərə məsləhətimiz odur ki, əmin olmadığınız səhifələrə inanmayın.
Bu cür pasientlər artıq məlumatlı olduğu üçün həkimin sözlərinə şübhə ilə yanaşır, bu da həkimin gərgin olmasına səbəb olur. Hər bir halda özünümüalicə ilə məşğul olmaq məsləhət görülmür.
İstədiyiniz kimi olun, amma hər halda İnternetdə deyilən hər şeyə kor-koranə inanmayın. Çünki internet tez-tez nevrotik xəstəliklərin yaranmasına səbəb olur. "Google" istifadəçisinə xəstə olduğunu söyləyir və həkim bunun əksini desə də pasient xəstə olduğuna inanmağa davam edir.
Əslində sağlam bir həyat tərzinə riayət etmək, ildə bir dəfə hərtərəfli tibbi müayinədən keçmək və stressdən qorunmaqla bu cür problemləri həll etmək mümkündür.