Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AİB: İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməkdə kömək edəcək

AİB: İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməkdə kömək edəcək

Tarix: 12 Yanvar 2020 09:04

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir metod və mexanizmləri tətbiq etməklə əmək məhsuldarlığını artırmaq olar.

Trend-in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı ilə bağlı icmalında deyilir.

AİB hesab edir ki, Azərbaycan hasilat mənbələrinə deyil, bərpa olunan mənbələrə arxalanaraq iqtisadiyyatını daha dayanıqlı etməlidir.

İcmalda, həmçinin qeyd edilir ki, Azərbaycanda taxılçılığa böyük diqqət ayrımasına baxmayaraq, ölkədəki şərait bağçılıq üçün daha yararlıdır.

Xatırladaq ki, Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biridir. Ölkənin 1999-cu ildə AİB-ə üzv olduğu vaxtdan bəri, Azərbaycan Bankdan 4 milyard dollardan çox kredit alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AİB İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməkdə kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ