Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın İrandakı səfiri saxlanıldı - FOTO

Britaniyanın İrandakı səfiri saxlanıldı - FOTO

Tarix: 12 Yanvar 2020 10:08

Britaniyanın İrandakı səfiri Robert Makera şənbə günü İranın paytaxtı Tehranda keçirilən etiraz aksiyalarının təşkilinə, aksiyalarda iştirak etdiyi, həmçinin burada bir çox görüntüləri çəkərək sosial mediada yaydığına görə bir neçə saatlıq saxlanılıb.

Musavat.com bu barədə haberler.com-a istinadən məlumat verir.

Məlumata görə, səfir 12 yanvarda (bazar günü) etdiyi əmələ görə izahat verməsi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, bir neçə saat öncə İranda tələbələrin hazırkı hökumətə qarşı etiraz aksiyası keçirilib.

Robert Makera 

Tehranda Ukrayna təyyarəsinin İran tərəfindən vurulması nəticəsində həlak olanların xatirəsinə ehtiram nümayiş etdirmək üçün küçələrə çıxan tələbələr, sonradan bu yürüşü etiraz aksiyasına çeviriblər.

Onlar İran rejiminə qarşı sərt şüarlar səsləndirib, ölkə rəhbərliyinin istefasını tələb ediblər.

Ölkənin hüquq-mühafizə orqanlarının xüsusi qüvvələri etirazçıların olduğu əraziyə göndərilib, onlar nümayişi dağıdıblar.

Etirazçılar bundan başqa ötən həftə ABŞ hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandiri, general Qasım Süleymaninin portretini cırıb, onun qatil olduğunu bildiriblər.


Etiketlər:  Britaniyanın İrandakı səfiri saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ