Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erotik videosu yayıldı – Məşhur klubdan qovuldu

Erotik videosu yayıldı – Məşhur klubdan qovuldu

Tarix: 12 Yanvar 2020 11:50

“Malaqa” baş məşqçisi Viktor Sançeslə müqaviləni vaxtından əvvəl ləğv edib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

İspaniya mətbuatı bildirir ki, belə bir qərarın verilməsinə 43 yaşlı mütəxəssisin İnternetdə yayılmış erotik videosu səbəb olub. Şantajçılar Sanşesin şəxsi messegerdə cinsiyyət orqanını nümayiş etdirdiyi videonu ələ keçirərək şəbəkədə yayıblar.

“Klub müqaviləni pozmaqla bağlı məsələni Sanseçlə sülh yolu ilə həll etməyə çalışdı. “Malaqa” tərəfdən bütün səylərə baxmayaraq, buna nail olunmadı. Ona görə də klubun nüfuzuna ciddi zərbə olan bu intizam qaydası pozuntusuna görə onun göndərilməsinə qərar verilib” – deyə “Malaqa”nın yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, hazırda Malaqa Sequndada çıxış edir. Komanda hazırda 23 xalla 16-cı yeri tutur.

 


Etiketlər:  Erotik videosu yayıldı Məşhur klubdan qovuldu


RƏYLƏR