Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 13:18
Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsinin İranda qəzaya uğraması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə 200 min qrivna (14 min AZN) məbləğində təzminat ödəniləcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk videomüraciətində məlumat verib.
O bildirib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək. Ukrayna diplomatları İran tərəfindən təzminatın ödənilməsi üçün danışıqlar aparır.
Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən "Boeing-737" təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində həlak olan 176 nəfərdən 11-i Ukrayna vətəndaşı olub. Qəzadan qısa müddət sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.