Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da Suarez şoku

''Barselona''da Suarez şoku

Tarix: 12 Yanvar 2020 16:04

"Barselona"nın hücumçusu Luis Suarez əməliyyat olunacaq.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bir neçə həftədi dizində ağrılar olan uruqvaylı futbolçu, bu gün əməliyyat olunacaq. 32 yaşlı hücumçunun son durumu əməliyyatdan sonra açıqlanacaq.

İspaniya mətbuatının xəbərinə görə, Suarez 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Suarez may ayının əvvəlində zədələnmiş və dizindən əməliyyat olunmuşdu.


Etiketlər:  Barselonada Suarez şoku


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ