Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 15:04
Ötən ilin dekabrında “Mançester Yunayted”dən istefaya göndərilən Joze Mourinyo sabiq klubunda üzləşdiyi problemlərdən danışıb.
Qol.az-ın “L`Equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”dan təkcə Pol Poqbaya görə ayrılmadığını bildirib:
“Problem həm futbolçularda, həm təşkilati məsələlərdə, həm də klubun hədəflərində idi. Məsələnin yalnız Poqba ilə bağlı olduğunu soruşursunuzsa, mən buna “hə” cavabı verə bilməyəcəyəm. Çünki belə deyildi”.
Qeyd edək ki, Mourinyo “Mançester Yunayted”də çalışdığı vaxt bir neçə dəfə Poqba ilə arasında gərginlik olmuşdu.