Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 12:56
İtaliya A Seriyasının 19-cu turunda "Roma"ya səfərdə 2:1 hesabı ilə qalib gələn "Yuventus" ciddi itki ilə üzləşib.
Sonxeber.net xəbər verir ki, komandanın ilk qolunu vuran türkiyəli müdafiəçi 16-cı dəqiqədə zədələndi. Matçdan sonra Turin klubunun baş məşqçisi Maurisio Sarri 21 yaşlı futbolçunun son vəziyyəti barədə danışıb:
"Merihdə burxulma var. Buna tibbi müayinədən sonra tam aydınlıq gələcək. İlk düşüncələrimə görə, zədəsi ciddi ola bilər".