Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 14:08
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İranda "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalıların meyitlərinin qaytarılması prosesindən danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz Feysbuk hesabındakı paylaşımında Ukraynanın Müdafiə Nazirliyinin idarə heyətinin 11 vətəndaşın cəsədini götürə bildikdən sonra bütün prosedurların bitəcəyini və heyətin Tehrandan qayıdacağını bildirib:
Onun sözlərinə görə, cəsədlər ukraynalı mütəxəssislər qəza yerində bütün lazımi prosedurları bitirdikdən sonra Kiyevə çatdırılacaq. Danilov qeyd edib ki, zəruri hallarda Ukrayna İrana əlavə qüvvələr göndərəcək.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın "Boeing 737" təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.