Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Asmir Beqoviç “Qarabağ”dan “Milan”a transfer olunub

Asmir Beqoviç “Qarabağ”dan “Milan”a transfer olunub

Tarix: 14 Yanvar 2020 05:00

Ağdamın “Qarabağ” klubunda icarə əsasında çıxış edən qapıçı - Asmir Beqoviç İtaliyanın “Milan” klubuna transfer olunub.

Trend-in məlumatına görə, 32 yaşlı Bosniya və Herseqovinalı qapıçı “Milan” klubunda cari mövsümün sonuna kimi çıxış edəcək.

Asmir “Qarabağ”da mövsümün ilk yarısında forma geyinib. Onun “Bornmut”la müqaviləsi 2021-ci ilin iyun ayınadəkdir.

Beqoviçin yanvarın 15-də İtaliya kubokunda SPAL klubuna qarşı keçirəcəyi oyunda debütü gözlənilir.

Qeyd edək ki, A.Beqoviç “Çelsi” və “Bornmunt”, “Stok Siti” və bir neçə tanınmış klubların formasını geyinib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Asmir Beqoviç Qarabağdan Milana transfer olunub


RƏYLƏR