Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda quldurluq edən şəxs ələ keçdi

Bakıda quldurluq edən şəxs ələ keçdi

Tarix: 14 Yanvar 2020 12:33

Bakı. Trend:

Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Vahim İsmayılov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Etiketlər:  Bakıda quldurluq edən şəxs ələ keçdi


RƏYLƏR