Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messidən Valverdeyə vida mesajı

Messidən Valverdeyə vida mesajı

Tarix: 14 Yanvar 2020 20:12

"Barselona"nın kapitanı Lionel Messi baş məşqçi vəzifəsindən uzaqlaşdırılan Ernesto Valverde ilə vidalaşıb.

Qol.az xəbər verir ki, argentinalı hücumçu şəxsi İnstagram səhifəsində sabiq baş məşqçisi haqda xoş sözlər yazıb.

"Hər şeyə görə sağ olun, cənab. Əminəm ki, harada olmasından asılı olmayaraq uğur qazanacaqsınız. Çünki siz təkcə böyük peşəkar yox, həm də gözəl insansınız. Qucaqlayıram, uğurlar" - deyə Messi qeyd edib.

 


Etiketlər:  Messidən Valverdeyə vida mesajı


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ