Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 12:28
Bakı. Elnur Bağışov - Trend:
İranın İraqda ABŞ-ın Eynül-Əsəd hərbi bazasına hücumdan sonra ABŞ geri çəkilməyə məcbur oldu.
Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani İranın Mərkəzi Bankının 59-cu forumunda deyib. H.Ruhaninin sözlərinə görə, ABŞ-ın çox önəmli regional hərbi bazasını raketlə atəşə tuta biləcək çox az ölkə var.
Ruhani əlavə edib ki, İranın gecə ikən ABŞ-ın hərbi bazasına hücumu Pentaqonu 24 saat ərzində oyaq saxladı. Bu da ABŞ-ı İranı hədələməkdən geri çəkilməyə məcbur etdi.
İran prezidenti bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın reaksiya verdiyi halda, ABŞ-ın İranın 52 önəmli obyektini, o cümlədən mədəni və tarixi obyektini məhv edəcəyini bildirmişdi. Lakin İranın hücumu onun bu danışıq ritorikasını dəyişdirdi.
Qeyd edək ki, 3 yanvarda ABŞ-ın hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri komandanı general Qasim Süleymani və bir neçə nəfər öldürülüb. İran bu hücuma reaksiya olaraq 8 yanvarda İraqda ABŞ-ın hərbi bazasına raket hücumu həyata keçirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin