Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 16:08
Bakı. Trend:
“Numbeo” veb-portalı 2020-ci ilin əvvəlinə olan vəziyyətə görə ən bahalı şəhərlərin reytinqini dərc edib.
Trend-in məlumatına görə, reytinqdə ilk onluqda İsveçrənin 5, Norveçin 4 şəhəri qərarlaşıb.
Yaşayış xərclərinin səviyyəsinə əsasən ən bahalı şəhər Sürix hesab olunub. İlk beşlikdə İsveçrənin digər şəhərləri, Bazel, Lozanna, Cenevrə və Bern yer alıb.
Bundan başqa, Norveçin Stavanger, Oslo, Tronheym, Bergen və İslandiyanın paytaxtı Reykyavik qərarlaşıb.
Nyu York bahalılıq səviyyəsinə görə 11-ci, Paris 24-cü, London isə 28-ci şəhər olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin