Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mixail Mişustin Rusiyanın baş naziri oldu (YENİLƏNİB)

Mixail Mişustin Rusiyanın baş naziri oldu (YENİLƏNİB)

Tarix: 16 Yanvar 2020 18:00

Bakı. Trend:

Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.

Trend-in məlumatına görə, 383 deputat onun lehinə səs verib. 41 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib.

Bu gün isə Rusiya Prezidenti Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Fərman imzalayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mixail Mişustin Rusiyanın baş naziri oldu YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ