Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 18:55
"Komediya anlayışım bəsitdir. Tamaşaçı gülənə mən, mən gülənə tamaşaçı gülmür. Komediya mənim başım üçün deyil".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. "Söhbətsiz" verilişində deyib. O, "Bozbash pictures" komandası ilə arasında yaşanan qalmaqaldan bəhs edib:
"Bozbash pictures"in ilk filmini çəkdim, bəyənilmədi. İkimizin də ilk filmi idi. Deyirdilər, bizi qınama, həmişə fotoaparat qabağında dayanıb danışmışıq. Rejissorla işləməmişik. Hamı da o filmdən pul qazandı. Sadəcə, mən o ekran işinə ruhumu qoymadım. İlkinin (aktyor İlkin Həsəni - red.) qızının ad günündə təbrik də yazmışdım. Kin saxlayan deyiləm.
Aramızdakı davanın səbəbi İlkinin statusu olmuşdu. Xoşuma gəlmədi, qıcıqlandım. Nə sözün var zəng et. İradı statusda həll edəcək yaşda deyilik. 7 ildən sonra iradı bildirmək anlamsız idi. Filmin pulunu xərcləyəndə heç kim nəsə demirdi".
Kənan klip çəkməməsinin səbəblərindən söz açıb:
"Klip bir tramplin idi, bitdi. Amma yaxşı pul verən olsa, çəkərəm. Darıxmışam o iş üçün. Bir vaxtlar subay idim, evim yox idi, özümü ucuz satırdım. İndi yox, klipi ucuz çəkmərəm".
Sənətçi Türkiyədə daha seriala çəkilməyəcəyini açıqlayıb:
"Ailəmdən ayrı qalıram. Amma Türkiyədə filmə gedib çəkiləcəm. Hətta ssenari gəlib, oxuyuram. Özüm də Azərbaycanda serial çəkəcəm. Səviyyəsiz filmlərin cənazə namazını qılacam. Bizim serialların çoxu divanda oturub, danışan başlardan ibarətdir".