Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mafiyadan inanılmaz əməl - Avropa Birliyinin pullarını mənimsədilər

Mafiyadan inanılmaz əməl - Avropa Birliyinin pullarını mənimsədilər

Tarix: 17 Yanvar 2020 07:00

İtaliyanın Siciliya adasında Avropa Birliyinin ayırdığı pulları mənimsəyən mafiya üzvlərinə qarşı əməliyyat təşkil edilib.

Sonxeber.net xəbər verir ki, əməliyyat zamanı 94 şübhəli nəzarətə götürülüb. 151 şirkətdə yoxlamalar başlayıb. 194 nəfər barəsində araşdırmalar davam edir. Şübhəlilərin 7 il ərzində 10 milyon dollar mənimsədiyi bildirilir. Nəzarətə götürülənlər arasında mafiya üzvləri ilə yanaşı bələdiyyə sədrləri və yerli dövlət qurumlarında çalışan işçilər də var.

Məlumata görə, Avropa Birliyinin İtaliyada kənd təsərrüfatının inkişafı üçün ayırdığı pulları cinayətkarlar müxtəlif yollarla mənimsəyiblər. (publika.az)


Etiketlər:  Mafiyadan inanılmaz əməl Avropa Birliyinin pullarını mənimsədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ