Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada casusluq qalmaqalının ''qoxusu'' gəlir

Almaniyada casusluq qalmaqalının ''qoxusu'' gəlir

Tarix: 17 Yanvar 2020 08:14

Yeni il Almaniya diplomatiyası üçün, görünür, casusluq qalmaqalından başlayır. Artıq çoxdandır ki, bu ölkədə belə hallar müşahidə olunmayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, federal prokurorluq ölkənin üç vətəndaşı barədə araşdırmaya başlayıb. Onlar özəl və sənaye xarakterli məxfi məlumatları Çinin təhlükəsizlik orqanlarına ötürməkdə şübhəli bilinirlər. Şübhəlilər arasında adı açıqlanmayan sabiq diplomat da var. Bircə bu məlumdur ki, o, Avropa Komissiyasında işləyib. Diplomatik xidməti başa çatandan sonra lobbiçilik fəaliyyəti ilə məşğul olmağa başlayıb və digər iki şübhəlini də bu işə cəlb edib.

Mətbuatın təxminlərinə görə, araşdırılan iş Çinin "Huawei" 5G şəbəkəsinin Avropa bazarına buraxılmaması ilə bağlı ola bilər.


Etiketlər:  Almaniyada casusluq qalmaqalının qoxusu gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ